Bakıda avtobus qəzası: Sərnişinlər xəsarət aldı
03 Nov 2026, 15:11
2 baxış
Admin
Ötən gün Bakının Xətai rayonu, 8 Noyabr prospektində avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
"Bakupost" xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, avtobusun qarşısına piyada çıxıb. Sürücünün qəfil əyləc etməsi nəticəsində bir neçə sərnişin yıxılaraq xəsarət alıb.
TƏBİB-dən “Bakupost”a bildirilib ki, dünən saat 11:00 radələrində sözügedən ünvandan Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Hadisə yerinə göndərilən təcili tibbi yardım briqadası üç qadına yerində tibbi yardım göstərib.
Yasəmən, BakuPost
Mənbə:
bakupost.az