"Bizdən başqa heç kim dünyaya məzhəbçilik gözü ilə baxmır, Azərbaycanı üzürük" -
03 Nov 2026, 14:22
1 baxış
Admin
"Dünyada bizi sevən yeganə ölkə Azərbaycandır. “İki dövlət, bir millət” deyirik. Amma, görünür, Azərbaycanla da münasibətlərimiz pozulmaq üzrədir".
"Bakupost" xəbər verir ki, bunu türkiyəli jurnalist və yazıçı Yılmaz Özdil özünün "YouTube" kanalında bildirib.
O, iki ölkə arasında son günlər yaşanan gərginliyin Azərbaycanda vahid məktəbli forması tətbiqi məsələsi ilə o qədər də əlaqəli olmadığını deyib:
"Əslində problem daha dərin və fərqlidir. Gəlin, emosiyalarımızı bir kənara qoyub hadisələri konkret xronologiya əsasında xatırlayaq. Azərbaycan İsraillə hərbi əməkdaşlıq sazişi imzaladı. Elə həmin gün, İrəvanda biznes forumunun açılışı keçirilirdi və bu açılışda yalnız iki ölkə iştirak edirdi - Ermənistan və İran. Çünki bu, İran forumu idi . İran Ermənistanın, İsrail isə Azərbaycanın yanındadır. Çünki onlar dünyaya hər zaman öz paytaxtlarından baxırlar. Müsəlman Azərbaycanı ilə yəhudi İsrail, xristian Ermənistanı ilə müsəlman İran. Çünki bizdən başqa heç kim dünyaya din və məzhəbçilik pəncərəsindən baxmır. Hər kəs dünyaya öz paytaxtından baxır, hər kəs öz xalqının maraqları naminə hərəkət edir. Bakı və Təl-Əviv, Tehran və İrəvan. Burnumuzun ucunbda belə dərin ittifaqlar qurulur, bizim üçün isə məsələ Fələstin və hicabdır. Biz Azərbaycanın dövlət quruculuğu prosesinə müadxilə etməyə çalışırıq.Türkiyə ilə Azərbaycan arasında gərginliyin yaşandığı bu günlərdə Fələstin prezidenti Mahmud Abbas hara getdi? Məhz oktyabrın 29-da, Türkiyənin Respublika Günündə Kiprin yunan hissəsinə səfər etdi. Görünür, bu tarixi xüsusi olaraq seçmişdi.O səfər çərçivəsində Kipr Respublikasının Prezidenti ilə birlikdə şəkil çəkdirdi. Bununla da Şimali Kipri tanımadığını və yunan kiprlilərin yanında olduğunu nümayiş etdirdi. Biz bu Fələstin üçün Azərbaycanı üzürük?".
Mənbə:
bakupost.az