Trampdan İrana mesaj: Razılaşma mümkündür
03 Nov 2026, 15:38
1 baxış
Admin
ABŞ və İran arasında müharibə riskinin azaldılması və danışıqların bərpası ilə bağlı müsbət açıqlamalar səslənib.
“Bakupost” xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkə lideri Müctəba Xameneinin dialoq yolu ilə müharibə riskinin aradan qaldırılması üçün hökumətə səlahiyyətlər verdiyini bildirib.
ABŞ Prezidenti Donald Tramp İranla danışıqların yaxşı getdiyini və razılaşma ehtimalının yüksək olduğunu deyib. ABŞ-nin vitse-prezidenti Cey Di Vens də danışıqlarda irəliləyiş olduğunu bildirib.
Bu arada, Qətərdən olan vasitəçi nümayəndə heyətinin Tehrana yollandığı və İranın xarici işlər naziri Abbas Əraqçi ilə mümkün razılaşmanı müzakirə edəcəyi bildirilir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az