Dünya

Nepalda torpaq sürüşməsində ölənlərin sayı artdı

16 Sep 2026, 20:26 9 baxış Admin
Nepalda torpaq sürüşməsində ölənlərin sayı artdı

Nepalda dağıdıcı torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 1 403 nəfərə çatıb.

News24.az "Xinhua"ya istinadən xəbər verir ki, bu barədə sentyabrın 16-sı Nepalın Təbii Fəlakət Risklərinin Azaldılması İdarəsi bildirib.

Onun məlumatına görə, 6 150 nəfər itkin düşmüş hesab olunur. Axtarış-xilasetmə əməliyyatları davam edir.

İdarənin son hesabatına əsasən, indiyədək 13 742 nəfər xilas edilib.

Təbii fəlakət avqustun 26-da səhər saatlarında Nepalın şimalında baş verib. Uçqunun səbəb olduğu daşqın nəticəsində dağ süxurlarından ibarət güclü axın çay yatağı boyu çox böyük sürətlə 70 km-dən çox məsafə qət edərək geniş ərazinin su altında qalmasına gətirib çıxarıb. Çində 43 nəfər ölüb, 519 nəfər isə itkin düşmüş sayılır. (Report)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər