Ən çox gəlir gətirən aktyor oldu
Britaniyalı aktyor Tom Holland kino tarixinin ən çox gəlir gətirən aktyorları siyahısında birinci pilləyə yüksəlib.
News24.az xəbər verir ki, aktyorun rol aldığı filmlərin ümumi dünya üzrə gəliri 15,48 milyard dolları keçib. Bununla Holland Zoi Saldana və Skarlett Yohanssonu geridə qoyub.
Aktyorun ilk pilləyə yüksəlməsinə Kristofer Nolanın “Odyssey” və “Spider-Man: Brand New Day” filmləri böyük təsir göstərib. Sözügedən iki ekran işinin ümumi gəliri artıq 4 milyard dolları ötüb.
Reytinqdə Zoi Saldana 15,47 milyard dollarla ikinci, Skarlett Yohansson isə 15,4 milyard dollarla üçüncü yerdə qərarlaşıb.
Ən çox gəlir gətirən aktyorların siyahısı belədir:
Tom Holland — 15,48 milyard dollar
Zoi Saldana — 15,47 milyard dollar
Skarlett Yohansson — 15,4 milyard dollar
Kris Pratt — 15,1 milyard dollar
Samuel L. Cekson — 14,6 milyard dollar
Robert Dauni-Cunior — 14,3 milyard dollar
Tom Kruz — 13,3 milyard dollar
Kris Hemsvort — 12,1 milyard dollar
Vin Dizel — 12 milyard dollar
Kris Evans — 11,4 milyard dollar (Unikal)