Moskvada attraksionda nasazlıq oldu, insanlar yüksəkdə qaldı
19 Sep 2026, 00:57
2 baxış
Admin
Moskvada “Orion” parkındakı attraksionlardan birində nasazlıq baş verib və nəticədə səkkizi uşaq olmaqla 14 sərnişin təxminən 40 metr hündürlükdə köməksiz vəziyyətdə qalıb.
News24.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, attraksion sərnişinlər ən yüksək nöqtədə olarkən dayanıb. Park əməkdaşları səsgücləndiricilər vasitəsilə insanları sakitləşdirirlər. Kabinanın təxliyəsi üçün dartıcı qurğudan istifadə olunur və hadisə yerinə bir neçə xüsusi nərdivanlı avtomobil göndərilib.
Mütəxəssislər dayanmanın səbəbini araşdırırlar. İlkin məlumatlara görə, köməksiz vəziyyətdə qalan sərnişinlərin hamısı təhlükəsiz vəziyyətdədir. (Qafqazinfo)
Mənbə:
news24.az