Dünya

Asiyanın ən varlı insanı oldu

19 Sep 2026, 11:08 1 baxış Admin
Asiyanın ən varlı insanı oldu

“TikTok”un əsas şirkəti “ByteDance”ın qurucusu Çjan İminq 105,5 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlı insanı olub.


"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Bloomberg”in məlumatına görə, çinli sahibkar 104,8 milyard dollar sərvəti olan hindistanlı iş adamı Qautam Adanini geridə qoyub.
“ByteDance”ın təxminən 21 faizinə sahib olan Çjan İminqin sərvəti “BlackRock” və “Fidelity”nin şirkətə dair yeni qiymətləndirmələrindən sonra təkcə bu ay 12 milyard dollar artıb.
“Bloomberg” onun sərvətini izləməyə başladığı 2019-cu ildə Çjan İminqin 13 milyard dollar sərvəti olub. Beləliklə, sahibkar yeddi il ərzində aktivlərini təxminən səkkiz dəfə artırıb.
“ByteDance”ın “TikTok” və “Douyin” kimi məşhur platformalarından əldə etdiyi məlumatlardan süni intellekt modellərinin hazırlanmasında istifadə etdiyi və bu sahəyə ciddi investisiyalar yatırdığı bildirilir.
ABŞ-də tətbiq olunan giriş məhdudiyyətləri və tənzimləyici maneələrə baxmayaraq, şirkət süni intellekt sahəsində investisiyalarını davam etdirib.
Süni intellekt texnologiyasındakı sürətli inkişaf qlobal milyarderlər siyahısında da dəyişikliklərə səbəb olur.
“Dell Technologies” şirkətinin qurucusu Maykl Dell süni intellekt yönümlü serverlərdən əldə olunan gəlirlərin təsiri ilə sərvətini 262 milyard dollara çatdıraraq dünyanın beşinci ən varlı insanı olub.
“Google”un həmtəsisçisi Larri Peyc isə ötən il süni intellekt modeli “Gemini 3”ün elan edilməsindən sonra sərvətini 252 milyard dollara çatdıraraq Ceff Bezosu geridə qoyub.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər