Rusiyaya qarşı sərt sanksiyalar: Tramp qanun layihəsini imzaladı
19 Sep 2026, 09:53
1 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalayıb.
"Bakupost" xəbər verir ki, sənəd mərhum senator Lindsi Qremin adını daşıyır və “2026-cı il Lindsi O. Qremin Rusiya və İrana qarşı sanksiyalar haqqında qanunu” adlanır.
Bildirilib ki, sanksiyalar əsasən Rusiyanın ali rəhbərliyinə, oliqarxlarına və onların ailə üzvlərinə, eləcə də bank və enerji sektorundakı şirkətlərə, həmçinin Rusiyanın “kölgə donanması”na aid edilən gəmilərə qarşı nəzərdə tutulur.
Bundan başqa, sənəddə Rusiya nefti və qazının alıcılarına qarşı sanksiyaların tətbiqi imkanları da yer alır.
Qanun ABŞ prezidentinə Rusiyanın neft və qazının ən böyük alıcıları sırasında olan üçüncü ölkələrin mallarına 100%-dək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir. Rusiyadan ABŞ-a ixrac olunan məhsullara isə 500%-dək rüsum tətbiq edilə bilər.
Qeyd edək ki, qanun layihəsi sentyabrın 16-sında ABŞ Konqresinin Nümayəndələr Palatasında 262 səslə qəbul edilib. 159 konqresmen sənədin əleyhinə səs verib. Senat isə qanun layihəsini avqust ayında təsdiqləyib.
Mənbə:
bakupost.az