Digər

Mədə qıcqırması dişləri zədələyir

19 Sep 2026, 14:01 2 baxış Admin
Mədə qıcqırması dişləri zədələyir

Tez-tez baş verən reflüks (mədə qıcqırması) zamanı ağız boşluğuna düşən mədə turşusu diş minasını tədricən zədələyir.

News24.az xəbər verir ki, bu barədə rusiyalı həkim-stomatoloq Yevgeniya Dyagileva açıqlama verib.

O bildirib ki, mədə şirəsinin yüksək turşuluğu (pH 1,5–2) dişlərdəki kalsium və fosforu yox edir.

Bunun isə əsas fəsadları dişlərin şəffaflaşması, kənarların şüşəyəbənzər görünüş almasıdır.

Səth matlaşır, soyuğa, istiyə, şirin və turşa qarşı həssaslıq artır.

Vaxt keçdikcə dişlər yeyilərək qısalır, formasını dəyişir və üzərində batıqlar yaranır.

Bunun qarşısını almaq üçün qıcqırmadan dərhal sonra dişləri fırçalamamaq lazımdır. Çünki turşunun yumşaltdığı diş minası daha da zədələnə bilər.

Əvvəlcə ağızı su ilə yaxalamaq və ya ksilitli saqqız çeynəmək, dişləri isə 30–60 dəqiqə sonra yumşaq fırça və ftorlu məcunla təmizləmək məsləhətdir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər