İki ay əvvəl Həkəri çayında batan şəxsin meyiti tapıldı
19 Sep 2026, 13:23
1 baxış
Admin
Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti tapılıb.
"Bakupost" “Unikal”a istinadən xəbər verir ki, axtarış-xilasetmə tədbirləri nəticəsində Nuşirəvan Həsənovun meyiti çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, N.Həsənov iyulun 4-də Həkəri çayında batmışdı.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
bakupost.az