Kriminal

Azyaşlı qızının gözü qarşısında arvadına 17 bıçaq zərbəsi vurub öldürənə hökm oxundu

19 Sep 2026, 14:58 2 baxış Admin
Azyaşlı qızının gözü qarşısında arvadına 17 bıçaq  zərbəsi vurub öldürənə hökm oxundu

Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyünə peşman olduğunu qeyd edib.

O, ifadəsində deyib ki, Aygünlə 19 il əvvəl ailə həyatı qurublar. Birgə nikahdan biri azyaşlı olmaqla 2 övladı var. Habilin dediyinə görə, Aygün restoranda işləməyə başlayana qədər münasibətləri çox yaxşı olub. İşə girdikdən sonra aralarında soyuqluq yaranmağa başlayıb, arvadı onu saymayıb.

Münasibətləri hər gün daha da kəskinləşdiyindən Habil arvadını öldürmək qərarına gəlib. O, Aygünü küçənin ortasında, 11 yaşlı qızının gözü qarşısında 17 bıçaq zərbəsi ilə qətlə yetirib.

Təqsirləndirilən şəxsin hadisə şahidi olan qızı müstəntiqə ifadəsində anasını atasının bıçaqladığını deməsə də, bunu məhkəmədə etiraf edib.

Toplanmış sübutlar əsasında Habil xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 16 il həbsə məhkum edilib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər