Cəmiyyət

Tanınmış vəkilin Azərbaycandan çıxışına QADAĞA

19 Sep 2026, 15:44 1 baxış Admin
Tanınmış vəkilin Azərbaycandan çıxışına QADAĞA

Məşhur vəkilin Azərbaycandan çıxışına məhdudiyyət tətbiq edilib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, “Məmmədli” hüquq mərkəzi MMC-nin dövlət büdcəsi və DSMF-yə ümumilikdə 18 min 33 manat vergi borcu yaranıb. Borcların ödənilməsi ilə bağlı hüquq mərkəzinə bildirişlər göndərilsə də, ödənişlər yerinə yetirilməyib.

Nəticədə aidiyyəti dövlət qurumu tərəfindən “Məmmədli” hüquq mərkəzinin direktoru, 32 yaşlı Aqşin Məmmədliyə qarşı iddia qaldırılıb. İddiada bildirilib ki, qeyd olunan 18 min 33 manat vergi borcu tam ödənilənədək onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunsun.

Məhkəmə iddianı təmin edib və borclar tam ödənilənədək Aşqin Məmmədlinin ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Məsələ ilə bağlı vəkil Aqşin Məmmədli bildirib ki, rəhbəri olduğu MMC-nin dövlət büdcəsinə öhdəlikləri var və qısa zamanda borc ödəniləcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər