Dünya

Tramp Netanyahu ilə görüşməyəcək

19 Sep 2026, 16:59 2 baxış Admin
Tramp Netanyahu ilə görüşməyəcək

İsrailin Baş naziri Benyamin Netanyahu gələn həftə Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşməsi nəzərdə tutulan liderlər sırasında deyil.

News24.az xəbər verir ki, bu barədə “Times of İsrail” qəzetinə adını açıqlamayan ABŞ rəsmisi deyib.

O iddia edib ki Netanyahu və Trampın iş qrafiklərini ikitərəfli görüş üçün uyğunlaşdırmaq mümkün görünmür:

“Buna görə də Tramp çərşənbə axşamı Böyük Britaniya, Meksika və Yaponiya liderləri ilə görüşdükdən sonra Çin sədri Si Szinpinlə görüşmək üçün Vaşinqtona qayıdacaq”.

Həmçinin qeyd olunub ki, Netanyahunun Nyu Yorkda cəmi bir gün qalması gözlənilir.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər