Dünya

ABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq

19 Sep 2026, 16:30 2 baxış Admin
ABŞ Ukraynaya milyardlarla dollarlıq silah satacaq

Amerika Birləşmiş Ştatları Ukraynaya ümumi dəyəri 2.68 milyard dollar təşkil edən hava hücumundan müdafiə (HHM) vasitələrinin və hərbi sursatların mümkün satışına razılıq verib.


"Bakupost" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində dərc olunan bəyanatda məlumat verilib.
Sənəddə qeyd olunur ki, Ukrayna rəhbərliyi "S-300" HHM sistemləri üçün raket analoqlarının, "GAM-67" raketlərinin, lazerlə yönləndirilən uzaqmənzilli raket komplekslərinin, özüyeriyən buraxılış qurğularının, PUA aşkarlama sistemlərinin, səyyar buraxılış aparatlarının modernləşdirilməsi üçün dəstlərin, eləcə də əlaqədar avadanlıqların və təmir-texniki xidmətlərin alınması imkanını sorğulayıb.
Dövlət Departamentindən xüsusi olaraq vurğulanıb ki, bəhs edilən məhsullar əsas hərbi texnika və silah nümunələrinə aid edilmir. Qurumun məlumatına görə, silahların ödənişi Avropa ölkələri tərəfindən Kiyevə verilən vəsaitlər, həmçinin ABŞ-nin sabiq prezidenti Co Bayden administrasiyası tərəfindən "Foreign Military Financing" (Xarici Hərbi Maliyyələşdirmə) mexanizmi çərçivəsində ayrılan maliyyə hesabına həyata keçiriləcək. Sözügedən mexanizm xarici dövlətlərə Amerika silahlarının alınması məqsədilə qrant və kreditlərin təqdim olunmasını nəzərdə tutur.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər