Suriyada silah anbarında partlayış: 11 hərbçi öldü
19 Sep 2026, 17:38
4 baxış
Admin
Suriyanın şərqində yerləşən Deyr-əz-Zor şəhərində silah-sursat anbarında ötən gün axşam saatlarında baş verən partlayış nəticəsində on bir hərbi qulluqçu həyatını itirib.
"Bakupost" xəbər verir ki, bu barədə ərəb respublikasının keçid hökumətinin Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilir.
"Şəhərin qərbindəki Əyyaş bölgəsində yerləşən və sursatların saxlanıldığı uçmuş binanın dağıntıları altından xilasedicilər 11 əsgərin cəsədini çıxarıblar", - deyə sənəddə qeyd olunur.
Həmçinin daha doqquz nəfərin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanalara yerləşdirildiyi vurğulanır.
Deyr-əz-Zor əyalət administrasiyasının məlumatına görə, hadisədən dərhal sonra hərbi obyekt mühasirəyə alınıb. İnsidentin səbəblərini və təfərrüatını aydınlaşdırmaq məqsədilə müvafiq araşdırmalara başlanılıb.
Mənbə:
bakupost.az