İrəliləyiş əldə etmişik... - Ərdoğan
19 Sep 2026, 18:33
2 baxış
Admin
Terror bəlasını tamamilə aradan qaldırmaq məqsədilə başladılan "Terrorsuz Türkiyə" prosesini bir dövlət layihəsi kimi həyata keçiririk. Bütün təxribatlara və qurulan tələlərə baxmayaraq, son iki ildə əhəmiyyətli irəliləyiş əldə etmişik.
"Bakupost" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəhid yaxınları və qazilərin dövlət qurumlarında işlə təmin edilməsi məqsədilə keçirilən püşkatma mərasimində deyib.
“Təxminən 50 ildir ki, terrordan qidalanana millətimizin və ölkəmizin düşmənlərinin can damarlarını bir-bir kəsəcəyik. Şəhidlərimizin ruhunu incidəcək heç bir cəhdə yol verməmişik və bundan sonra da verməyəcəyik. Yeni nifaq ocaqları alovlandırmaqla qardaşı qardaşa qarşı qaldırmaq planlarının qarşısı alınıb. İnşallah, son mərhələni də uğurla keçəcək və təkcə ölkəmizə deyil, bütün regiona sülh və sabitlik gətirəcəyik”, - Türkiyə lideri əlavə edib.
Mənbə:
bakupost.az