Payızda iştah niyə artır? - Həkim səbəbləri açıqladı
Qastroenteroloq və “Gemotest” laboratoriyasının mütəxəssisi Yekaterina Kaşux payız aylarında iştahanın artmasının əsas səbəblərini açıqlayıb.
News24.az xəbər verir ki, RT-yə danışan həkim bu dövrdə iştahanın müəyyən qədər artmasının normal hal hesab olunduğunu bildirib.
Onun sözlərinə görə, əsas səbəblərdən biri gün işığının azalmasıdır. Bu, orqanizmdə D vitamini səviyyəsinin aşağı düşməsinə və nəticədə toxluq hissinə təsir edən leptin hormonunun istehsalının dəyişməsinə səbəb ola bilər.
Kaşux qeyd edib ki, günəş işığının azalması serotonin səviyyəsinə də təsir göstərir. Orqanizm isə müsbət əhval-ruhiyyəni bərpa etmək üçün xüsusilə karbohidratlarla zəngin qidalara daha çox ehtiyac hiss edə bilər.
Mütəxəssis ikinci əsas amil kimi havaların soyumasını göstərib. Soyuq havada bədən temperaturu qorumaq üçün daha çox enerji sərf edir və bu da qida qəbuluna olan ehtiyacı artıra bilər.