Uzun illər sonra efirə qayıdır
19 Sep 2026, 14:40
1 baxış
Admin
Müğənni Elnarə Xəlilovanın həyat yoldaşı, hərbi jurnalist Rövşən Cahangirov uzun fasilədən sonra efirə qayıdır.
"Bakupost" Axşam.az-a istinadla xəbər verir ki, Rövşən Cahangirov ARB TV-də efirə çıxacaq. Onun hansı verilişlə efirə qayıdacağı hələ açıqlanmayıb.
Qeyd edək ki, R.Cahangirov illər əvvəl Lider TV-də aparıcılıq edib.
Xatırladaq ki, ötən mövsüm ARB TV-də aparıcılar Zaur Kamal, Xoşqədəm Hidayətqızı və Elgiz Əkbər kanalla yollarını ayırıblar.
Mənbə:
bakupost.az