Dünya

ABŞ İsrailə 40 min aviabomba satır

16 Sep 2026, 12:05 9 baxış Admin
ABŞ İsrailə 40 min aviabomba satır

ABŞ Prezidenti Donald Trampın administrasiyası İsrailə ümumi dəyəri 2,8 milyard dollar olan silah-sursat paketi satmağı planlaşdırır.

News24.az xəbər verir ki, paketə hər birinin çəkisi 2 000 funt (təxminən 907 kiloqram) olan 40 min aviasiya bombası daxil olacaq.

Sövdələşmədən xəbərdar olan mənbənin sözlərinə görə, razılaşmaya 20 min ədəd MK-84, 20 min ədəd BLU-117 bombası, həmçinin 20 min ədəd I-2000 tipli deşici döyüş başlığı daxildir.

ABŞ administrasiyası artıq Konqresin müvafiq komitələrini planlaşdırılan qeyri-rəsmi satışdan məlumatlandırıb.

Razılaşma ilə bağlı rəsmi bildiriş isə hələ dərc olunmayıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər