Salyanda 34 yaşlı qadın xəstəxanada öldü
07 Jul 2026, 15:25
19 baxış
Admin
Salyan rayonunda 34 yaşlı qadın ölüb.
News24.az xəbər verir ki, hadisə iyulun 6-da axşam saatlarında baş verib.
Rayonun Qarabağlı kənd sakini 1992-ci il təvəllüdlü Aygül Vəliyeva evində olarkən qan təzyiqi qəfil düşüb. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. A.Vəliyeva xəstəxanada dünyasını dəyişib.
Mənbə:
news24.az