Neftimiz bu qiymətə satılır
05 Nov 2026, 10:34
24 baxış
Admin
Dünya bazarında Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşaraq 107 dollardan aşağı düşüb.
News24.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,64 ABŞ dolları və ya 5,85% azalaraq 106,81 ABŞ dollarına düşüb.
Bundan əvvəl Azərbaycan nefti 113,45 ABŞ dollarına ticarət edilmişdi.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
Mənbə:
news24.az