Ada Süleymanova ilə qəzada həlak olan Anar məşhur
23 Nov 2026, 15:21
2 baxış
Admin
14:59
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən avtomobil qəzasında iki nəfər ölüb.
“Bakupost” xitab24.az-a istinadla xəbər verir ki, qəzada həlak olanlardan Anar Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.
Alik Kərimov "Metak" şirkətinin rəhbəridir.
Qeyd edək ki, sözügedən qəzada aparıcı Ada Süleymanova da həyatını itirib.
***
Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən qəzada həyatını itirən Anar Kərimovun tanınmış iş adamı Alik Kərimovun oğlu olması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Sosial şəbəkələrdə və bəzi informasiya resurslarında Anar Kərimovun "Metak" şirkətinin rəhbəri Alik Kərimovun oğlu olduğu iddia edilib. Qeyd edək ki, yayılan məlumat yanlışdır. Qəzada həlak olan şəxsin Alik Kərimovun ailəsi ilə heç bir əlaqəsi yoxdur.
Mənbə:
bakupost.az