Tramp İlham Əliyevə təşəkkür etdi
23 Nov 2026, 15:19
3 baxış
Admin
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə Vaşinqtonla əməkdaşlığına və TRIPP layihəsinin praktiki icrası üçün şəraitin yaradılmasına verdiyi töhfəyə görə təşəkkür edib.
"Bakupost" xəbər verir ki, Tramp bu barədə TRİPP layihəsinin rəsmi başlanğıcına həsr olunmuş video-müraciətində deyib.
“Baş nazir Paşinyana və Azərbaycan Prezidenti İlham Əliyevə bizimlə əməkdaşlıq etdiklərinə, bu günün reallaşmasına töhfə verdiklərinə, həmçinin məni Nobel Sülh Mükafatına namizəd göstərmək kimi səxavətli addımlarına görə bir daha təşəkkürümü bildirirəm”, - Tramp qeyd edib.
Tramp həmçinin hər iki liderin sülh gündəliyinin irəlilədilməsində və Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən münaqişəyə son qoyulmasındakı rolunu vurğulayıb.
ABŞ Prezidenti TRİPP-in praktiki icrasından bəhs edərkən bildirib ki, bu layihə və onun inkişaf etdirilməsi məqsədilə yeni bir şirkətin yaradılması bütün region boyunca yük və enerji axınları, eləcə də sərnişin daşımaları üçün əlavə ticarət marşrutları açacaq.
Mənbə:
bakupost.az