Kriminal

Bakıda ağır qəza: əməkdar müəllim öldü - Foto

23 Nov 2026, 15:17 3 baxış Admin
Bakıda ağır qəza: əməkdar müəllim öldü - Foto

Bakıda 4-cü mikrorayon ərazisində piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

News24.az xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişən qadın Samir Hacıyev adına 5 nömrəli orta məktəbin ingilis dili müəllimi Gülnarə Abdullayevadır.

Onu səhər saatlarında piyada keçidinin üzərində avtomobilin vurduğu bildirilir. G.Abdullayeva xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

G.Abdullayeva Birinci Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı idi, həmçinin "əməkdar müəllim" fəxri adına layiq görülmüşdü.//axar.az

Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər