Kriminal

Kürdə və Qudyalçayda batan şəxslərin axtarışları davam edir

23 Nov 2026, 13:17 2 baxış Admin
Kürdə və Qudyalçayda batan şəxslərin axtarışları davam edir

Dünən Kürdə və Qudyalçayda batan şəxslərin axtarışları davam edir.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kür çayının Qazax rayonunun Birinci Şıxlı kəndindən keçən hissəsində batığı ehtimal olunan 1963-cü il təvəllüdlü Məmmədov Yaqub Telman oğlunun və Qudyalçayın Quba rayonundan keçən hissəsində batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Muradov Xəyal Hidayət oğlunun axtarışları nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Hazırda vətədaşların axtarışları batdıqları ehtimal olunan istiqamətlərdə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər