Kriminal

Xocalı sakini 3-cü mərtəbədən yıxılaraq öldü

23 Nov 2026, 11:10 2 baxış Admin
Xocalı sakini 3-cü mərtəbədən yıxılaraq öldü

Bakıda 30 yaşlı kişi 3-cü mərtəbədən yıxılaraq ölüb.

News24.az xəbər verir ki, noyabrın 21-i saat 11 radələrində Səbail rayonu ərazisində aparılan söküntü işləri ilə əlaqədar tullantıları daşımaq üçün gəlmiş yük avtomobilinin sürücüsü Xocalı rayon sakini 1996-cı il təvəllüdlü Elvin Vitali oğlu Zeynalov 3-cü mərtəbədən yerə yıxılaraq ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. (Unikal)

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər