Kriminal

Oğurladığı “Red Bull”ları üçqat ucuzuna satmışdı - 23 sutkalıq həbs edildi

23 Nov 2026, 09:59 1 baxış Admin
Oğurladığı “Red Bull”ları üçqat ucuzuna satmışdı - 23 sutkalıq həbs edildi

Bakıda marketdən oğurluq edən şəxs həbs edilib.

News24.az xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Belə ki, gecə saat 00:00 radələrində Bəhruz Nuriyev 83 ünvanındakı marketdən 54 manat dəyərində olan “Absalyut” markalı araq oğurlanıb.

Bundan başqa, Bəkir Çobanzadə küçəsi 216 ünvanındakı digər marketdən dəyəri 480 manat olan “Red Bull” enerji içkilərinin oğurlandığı da məlum olub.

Marketlərin kamera sisteminə baxılarkən müştəri qismindəki gənc oğlanın gizli yolla 1 ədəd araq və 4 kaset enerji içkisini götürərək uzaqlaşdığı müəyyənləşib.

Polisin keçirdiyi tədbirlərlə əməli törədən Sədərək rayon sakini 1994-cü il təvəllüdlü S.Məmmədov saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilib.

Nizami Rayon Məhkəməsində keçirilən iclasda S.Məmmədov oğurladığı 480 manatlıq “Red Bull”u başqa yerdə 160 manata saatdığını deyib.

Market müdirləri isə onlara vurulmuş zərərin ödənilmədiyini və həmin şəxsə cəza verilməsini xahiş ediblər.

Məhkəmənin qərarı ilə 32 yaşlı şəxs 23 sutka müddətinə inzibati həbs edilib./Qafqazinfo/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər