24 yaşlı qız dəm qazından boğularaq öldü
23 Nov 2026, 09:50
1 baxış
Admin
Sumqayıtda 24 yaşlı qız dəm qazından boğularaq ölüb.
News24.az xəbər verir ki, hadisə şəhərin 3-cü mikrorayon ərazisində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Əskərova Aygül Elman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. O, hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır./Report/
Mənbə:
news24.az