Ukrayna Tatarıstandakı neft anbarlarına hücum etdi
23 Nov 2026, 10:02
1 baxış
Admin
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Tatarıstan bölgəsinə hücumu nəticəsində bir neçə neft anbarı zədələnib.
News24.az-ın məlumatına görə, bu barədə Tatarıstan rəhbəri Rüstəm Minnixanovun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücum Almetyevsk şəhəri yaxınlığında yerləşən neft anbarlarına yönəlib.
Rəsmi açıqlamada qeyd olunub ki, uzunmüddətli hücum nəticəsində bir neçə obyektə ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və dəymiş ziyanın miqyası barədə əlavə məlumat verilməyib
Mənbə:
news24.az