Dünya

Ər-Riyadda hava limanına zərbə endirildi

04 Nov 2026, 21:11 1 baxış Admin
Ər-Riyadda hava limanına zərbə endirildi

Yəmənin şimalına nəzarət edən “Ənsar Allah” hərəkatı (husilər) Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücum edib.

News24.az xəbər verir ki, bu haqda husilərin sözçüsü Yəhya Sariya “Əl-Məsirə” telekanalına bildirib

O bəyan edib ki, zərbə ballistik raket vasitəsilə endirilib və nəticədə hava limanının terminalına ciddi ziyan dəyib.

O, həmçinin xəbərdarlıq edib ki, Kral Xalid Beynəlxalq Hava Limanı artıq təhlükəsiz deyil, çünki o, hərəkat üçün hərbi hədəfə çevrilib.


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər