Cəmiyyət

Azərbaycanda müəmmalı ölüm:

04 Nov 2026, 22:01 2 baxış Admin
Azərbaycanda müəmmalı ölüm:

Lənkəranda kişi meyiti aşkarlanıb.


"Bakupost" Oxu.Az-a istinadla xəbər verir ki, rayon sakini, 1962-ci il təvəllüdlü Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti Ürgə kəndi ərazisindəki qamışlıqda tapılıb.
İlkin məlumata görə, R.Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib və geri qayıtmayıb. Bundan sonra onun axtarışlarına başlanılıb. Nəticədə kişinin meyiti aşkarlanıb.
Meyitə baxış zamanı onun baş nahiyəsində xəsarət olduğu müəyyən edilib. Hələlik xəsarətin ehtiyatsızlıqdan yıxılma nəticəsində, yoxsa başqa şəxs tərəfindən yetirildiyi məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Meyit müayinə olunması üçün morqa təhvil verilib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Qeyd edək ki, Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınıb və restoran sahibi olub.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər