Dünya

AB-dən Gürcüstanla bağlı gözlənilməz açıqlama:

04 Nov 2026, 23:29 1 baxış Admin
AB-dən Gürcüstanla bağlı gözlənilməz açıqlama:

Gürcüstanın Avropa Birliyinə üzvlük prosesi faktiki olaraq dayanıb.


"Bakupost" xəbər verir ki, bunu Avropa Birliyinin Gürcüstandakı səfiri Pavel Herçinski deyib.
O, demokratik dəyərlər, qanunun aliliyi və fundamental hüquqlar sahəsində vəziyyətlə bağlı narahatlığını ifadə edib.
Herçinski, eyni zamanda, Gürcüstanın Avropa perspektivinin açıq qaldığını vurğulayıb. Onun sözlərinə görə, hakimiyyət Avropa Birliyinə üzvlük üçün əsas olan dəyərlərə və islahatlara yenidən sadiqlik nümayiş etdirərsə, ölkənin inteqrasiya istiqamətində irəliləməsi mümkündür.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər