"Azərbaycan var olsun, istəməyən kor olsun" - İranda şüarlar səsləndi - Video
04 Nov 2026, 23:14
1 baxış
Admin
İranın Qərbi Azərbaycan əyalətinin Güney Urmiya şəhərində keçirilən voleybol qarşılaşması zamanı azarkeşlər şüarlar səsləndiriblər.
News24.az xəbər verir ki, “Durnalar Yuvası” idman kompleksində "Şəhrdari-ye Azərbaycan" və Tehranının “Peykan” komandaları arasında keçirilən oyun zamanı tribunlardan “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Astara-Heyranım, gözəl Azərbaycanım!” və “Azərbaycan şərəfdir, Pəhləvi bişərəfdir!” şüarları səsləndirilib.
Azarkeşlər, həmçinin ana dilində təhsil tələbi ilə “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarını səsləndiriblər.
Mənbə:
news24.az