Şaiq Şükürova yüksək vəzifə verildi
04 Nov 2026, 22:30
2 baxış
Admin
Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.
"Bakupost" Teleqraf-a istinadən xəbər verir ki, Şaiq Şükürov xəstəxananın direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Şaiq Şükürov bu təyinatadək Füzuli Rayon Mərkəzi Xəstəxanasında çalışıb.
Noyabrın 3-də Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub.
O, digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.
Mənbə:
bakupost.az