Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
04 Nov 2026, 22:19
2 baxış
Admin
Neftçilər prospektində yerləşən avtobus zolağının işləmə qrafikində dəyişiklik edilib.
"Bakupost" xəbər verir ki, əvvəllər fasiləsiz olaraq 24 saat fəaliyyət göstərən bu zolağın tətbiq qaydalarına yenidən baxılıb.
Mövcud yeniliyə əsasən, zolaq hər gün yalnız səhər saat 07:00-dan 10:00-dək və axşam 17:00-dan 20:00-dək qüvvədədir.
Göstərilən bu saat aralıqlarından kənar vaxtlarda sürücülərin həmin zolağa daxil olmasına icazə verilir.
Qeyd edək ki, Formula-1 ilə əlaqədar Neftçilər prospektinin ətrafına maneələr düzüldüyündən həmin ərəfədə ümumiyyətlə avtobus zolağı qüvvədə deyildi.
Mənbə:
bakupost.az