Dünya

NATO qırıcı təyyarələri Ukrayna sərhədi yaxınlığında havaya qalxdı

26 Sep 2026, 13:40 2 baxış Admin
NATO qırıcı təyyarələri Ukrayna sərhədi yaxınlığında havaya qalxdı

Rumıniya Ukrayna sərhədi yaxınlığında hava hədəfinin aşkarlanmasından sonra dörd qırıcı təyyarəni havaya qaldırıb.

News24.az xəbər verir ki, Rumıniya Müdafiə Nazirliyinin məlumatına görə, saat 12:15-də hərbi radarlar Vilkovo şəhəri yaxınlığında, Ukrayna ərazisində sərhədə yaxın hava hədəfi müəyyən edib.

Bundan sonra İspaniya Hərbi Hava Qüvvələrinin Rumıniyadakı 57-ci Mixail Koqălniceanu Hava Bazasından iki F-18 qırıcısı havaya qaldırılıb.

Bundan əlavə, sentyabrın 26-na keçən gecə Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus iki F-16 qırıcısı da havaya qaldırılıb. Təyyarələr patrul xidməti həyata keçirib.

Nazirlik ölkənin hava məkanının pozulmadığını bildirib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər