Digər

ABŞ alimlərindən mühüm araşdırma: İnsult qlioma riskini artıra bilər

26 Sep 2026, 14:35 2 baxış Admin
ABŞ alimlərindən mühüm araşdırma: İnsult qlioma riskini artıra bilər

ABŞ alimləri işemik insultun beyində müəyyən dəyişikliklərə səbəb olaraq qliomanın inkişafı və yayılması üçün əlverişli mühit yarada biləcəyini müəyyən ediblər.

News24.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Baylor Tibb Kollecinin mətbuat xidməti məlumat yayıb.

Tədqiqat zamanı məlum olub ki, insult beyində mühüm funksiyalar yerinə yetirən astrositlərin fəaliyyətini poza bilər. Nəticədə qlioma hüceyrələrinin çoxalması və yayılması üçün əlverişli şərait formalaşa bilər.

Alimlərin məlumatına görə, əvvəlki baş travması və ya insult keçirən şəxslərdə qlioma inkişafı riski 3-7 dəfə arta bilər. Bu əlaqənin səbəblərini araşdıran tədqiqatçılar gəmiricilər üzərində təcrübələr aparıb və xəstələrə dair məlumatları təhlil ediblər.

Siçanlar üzərində aparılan təcrübələrdə insult modeli yaradılıb və qan axınının qısa müddətə dayanmasından sonra beyin hüceyrələrində baş verən dəyişikliklərin qliomanın inkişafına təsiri öyrənilib.

Tədqiqatın nəticələri gələcəkdə qliomanın inkişaf mexanizmlərinin daha yaxşı anlaşılmasına və yeni müalicə yanaşmalarının hazırlanmasına kömək edə bilər.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər