"Formula1"- in əsas yarışı başladı
Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışı başlayıb.
News24.az xəbər verir ki, mübarizəyə saat 15:00-da start verilib.
Ötən gün "Mersedes" pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərərək əsas yarışa ilk sıradan başlayıb.
20 döngə və 51 dövrədən ibarət Bakı treki ümumilikdə 306,049 kilometr məsafəni əhatə edir.
Qeyd edək ki, Bakıda ilk "Formula" yarışları 2016-cı ildə Avropa Qran-prisi adı ilə keçirilib. Sonrakı yarışlar isə Azərbaycan Qran-prisi adlandırılıb.
Həmin il yarışmada Niko Rosberq, daha sonra Daniel Rikkardo, Lüis Hemilton, Valtteri Bottas, Serxio Peres və Maks Ferstappen qalib olublar. Peres 2023-cü ildə də Bakıda ikinci dəfə qalib gəlib. 2024-cü ilin yarışlarında Oskar Piastri, 2025-ci ildə isə Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
Builki Azərbaycan Qran-prisinədək pilotlar sıralamasında "Mersedes"in Andrea Kimi Antonellisi 292 xalla liderdir. Corc Rassell 211 xalla ikinci, "Ferrari" pilotu Lüis Hemilton isə 191 xalla üçüncüdür.
Konstruktorlar Kubokunda "Mersedes" 503 xalla liderdir. "Ferrari" 358 xalla ikinci, "Maklaren" isə 306 xalla üçüncüdür.