Zidandan Fransa millisinə QADAĞA: Bərbərlər gəlməsin!
26 Sep 2026, 14:20
2 baxış
Admin
Fransa millisinin baş məşqçisi Zinəddin Zidan futbolçuların şəxsi bərbərlərinin milli komandanın Klerfontendəki təlim-məşq toplanışına gəlməsini qadağan edib.
News24.az xəbər verir ki, “Match TV” bu barədə “L'Équipe” nəşrinə istinadən məlumat yayıb.
54 yaşlı mütəxəssisin bu qərarı futbolçuların diqqətini yalnız hazırlıq prosesinə yönəltmək məqsədi daşıyır. Qadağanın təlim-məşq toplanışı başladıqdan sonra bütün icazəsiz şəxslərə şamil olunduğu bildirilib.
Zidanın futbolçuları kənar amillərdən uzaq tutaraq məşqlər zamanı maksimum diqqəti hazırlıq prosesinə yönəltmək istədiyi qeyd olunur.
Mənbə:
news24.az