İdman

“Qarabağ”a yeni transferlər lazımdır: Büdcəmiz də var, amma...

26 Sep 2026, 14:18 1 baxış Admin
“Qarabağ”a yeni transferlər lazımdır: Büdcəmiz də var, amma...

“Qarabağ” futbol klubunun heyətinin yeni futbolçularla gücləndirilməsinə ehtiyac var.


"Bakupost" xəbər verir ki, bunu APA-ya açıqlamasında “Qarabağ” FK-nın prezidenti Tahir Gözəl bildirib.
Tahir Gözəl komandanın hazırkı futbolçularının səviyyəsindən razı olduğunu, lakin yeni oyunçuların bir-birinə uyğunlaşması üçün zamana ehtiyac olduğunu qeyd edib.
“Tam razıyam ki, yenə də transfer lazımdır. Amma hazırda transfer pəncərəsi açıq deyil. Açılan kimi ‘Qarabağ’ın bunun üçün həm büdcəsi, həm də gücü var”, - Tahir Gözəl bildirib.
Tahir Gözəl qeyd edib ki, klubun əvvəlki uğurlarından sonra bir sıra aparıcı futbolçular komandadan ayrılıb və onların yerinə yeni oyunçular transfer olunub.
“Çox yaxşı futbolçular alınıb, mən futbolçularımızdan çox razıyam. Amma uyğunlaşma məsələsi zaman alır. ‘Qarabağ’a hər zaman olduğu kimi böyük ümidimiz var, gücümüz var”, - Tahir Gözəl əlavə edib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər