Cəmiyyət

Gənc vəkilə nazirlikdə yüksək vəzifə verildi

26 Sep 2026, 13:00 1 baxış Admin
Gənc vəkilə nazirlikdə yüksək vəzifə verildi

Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyində yeni kadr təyinatı olub.
"Bakupost" İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Şulan Nağıyev Agentliyin Hüquqi təminat sektorunun müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Şulan Nağıyev 2024-cü ilin iyun ayından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü — vəkildir.
O, yeni təyinatadək “GoldenPay” ASC-də Aparıcı hüquqşünas vəzifəsində çalışıb. Daha əvvəllər isə “EKVITA” şirkətində və Dövlət Vergi Xidmətində Baş hüquqşünas vəzifəsində işləyib.


Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər