Netanyahunun təyyarəsi Avropa hava məkanından keçdi
24 Sep 2026, 15:34
2 baxış
Admin
Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-yə yola düşüb.
News24.az xəbər verir ki, “Flightradar24”ün məlumatına görə, təyyarə ABŞ səfərində olduğu kimi, Roma Statutunun iştirakçısı olan Yunanıstan, İtaliya və Fransanın hava məkanından istifadə edib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 21 noyabr 2024-cü ildə Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qallant barəsində həbs orderi çıxarıb. Order Qəzzada törədildiyi iddia olunan müharibə cinayətləri və insanlığa qarşı cinayətlərlə bağlıdır.
Netanyahunun Nyu-Yorkda etirazlarla qarşılanacağı gözlənilir.
Mənbə:
news24.az