Digər

Hegel fəlsəfəsindən "Homo Prospectus"ə qədər: Gələcəyi necə qurmalıyıq?

23 Sep 2026, 18:00 1 baxış Admin
Hegel fəlsəfəsindən "Homo Prospectus"ə qədər: Gələcəyi necə qurmalıyıq?

Uzman doktor Turanə Rəsulovanın "BakuPost” TV-də yayımlanan "Saturasiya" podkastının növbəti qonağı ABŞ-də yaşayan hüquqşünas və müəllim Pərviz Abbasov olub.
Azərbaycanda Bakı Dövlət Universitetində, ADA Universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində hüquq fənlərini tədris etmiş Pərviz Abbasov böyük şirkətlərdə hüquqşünas kimi çalışıb. O, ABŞ-da magistr təhsilini tamamlayıb və Nyu-York ştatında vəkillik hüququ qazanıb.
Podkastda qonağın Azərbaycan gənclərinə vizion formalaşdırmaqda dəstək göstərməyi hədəfləyən onlayn təlim layihəsi və onun məqsədləri barədə danışılıb. Vizionun — insanın gələcəyinə dair baxışının — nə olduğu, gənc yaşlardan formalaşmasının əhəmiyyəti, motivasiya, arzu və məqsədlərdən fərqi müzakirə edilib.
Söhbətdə pozitiv düşüncə, intizam, vərdişlər və neyroplastiklik mövzularına da toxunulub. Hegelin fəlsəfəsi və mütləq həqiqət anlayışından “Homo Prospectus” — gələcəyi təsəvvür edən insan yanaşmasına qədər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Buraxılışda gənclərin öz maraqlarını tanıması, gələcəkləri ilə bağlı seçimlərini müəyyənləşdirməsi və bu prosesdə valideynlərin rolu da diqqət mərkəzində olub.
Pərviz Abbasovla söhbətin tam versiyasını təqdim edirik.

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər