Hörmüzdə qaydanı pozan gəmiləri nə gözləyir?
23 Sep 2026, 19:00
2 baxış
Admin
İran Hörmüz boğazında müəyyən edilmiş keçid qaydalarına əməl etməyən gəmilərə qarşı yeni cəzalar tətbiq etməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası qaydaları pozan gəmilərin daşıdığı yükün 20 faizinə əl qoyulmasını və ya həmin məbləğdə cərimə tətbiq edilməsini nəzərdə tutan müddəaları təsdiqləyib.
Komissiyanın sözçüsü Həsən Kaşkəvinin sözlərinə görə, cərimə ödənilmədiyi halda gəminin özünə də əl qoyula bilər.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az