Dünya

Niderland “Avroviziya” mahnı müsabiqəsində iştirak edəcək

23 Sep 2026, 20:00 2 baxış Admin
Niderland “Avroviziya” mahnı müsabiqəsində iştirak edəcək

Niderland Bolqarıstanın Burqas şəhərində keçiriləcək "Avroviziya-2027" mahnı müsabiqəsində iştirak edəcək.

News24.az "Netherland Times"a istinadən xəbər verir ki, Niderlandın ictimai yayım sistemi NPO avqust ayında yayımçı AVROTROS-un müsabiqədən imtina etməsindən sonra yenidən müsabiqədə iştirak etmək qərarına gəlib.

Niderland ölkənin ictimai yayımçılarının birgə layihəsi ilə təmsil olunacaq. Təmsilçinin seçilməsi və müşayiəti üçün müstəqil ekspertlər komandası yaradılacaq. Niderlanddan olan iştirakçının adı daha sonra açıqlanacaq.

"Avroviziya-2027"nin yarımfinalları mayın 11-i və 13-də, final isə mayın 15-də Burqasda keçiriləcək.

Avqust ayında AVROTROS müsabiqədə iştirak etməyəcəyini elan edərək bildirib ki, iştirakçı ölkələrdən biri irimiqyaslı hərbi münaqişədə iştirakını davam etdirdiyi müddətcə tədbiri artıq neytral hesab etmək olmaz. Niderland eyni səbəbdən 2026-cı ildə Vyanada keçirilən müsabiqəni də boykot edib.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər