Cəmiyyət

"Vətən daşı" niyə belə adlandırılıb? - Filmin ideya müəllifi AÇIQLADI

23 Sep 2026, 21:25 4 baxış Admin
"Vətən daşı" niyə belə adlandırılıb? - Filmin ideya müəllifi AÇIQLADI

"Bu gün Qarabağa, Şərqi Zəngəzura rahat gediş-gəlişimizin səbəbkarları qəhrəman şəhidlərimiz, hərbçilərimiz və Ali Baş Komandandır".


"Bakupost" xəbər verir ki, bu fikirləri Azərbaycanın ilk komando hərbi hissəsinin qərargah rəisi, şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun və onun ailəsinin həyat hekayəsindən bəhs edən "Vətən daşı" filminin ideya müəllifi, "Report" İnformasiya Agentliyinin baş redaktoru Namiq Mayılov sözügedən filmin təqdimat mərasimində deyib.
O bildirib ki, film şəhidin doğum günü ərəfəsində təqdim olunub:
"Bir neçə gün bundan əvvəl Dövlət Suverenliyi Gününü qeyd etdik. Qarşıda 44 günlük Zəfər yürüşümüzün növbəti ildönümü gəlir. Biz düşündük ki, qəhrəman şəhidimiz haqqında filmi məhz bu ərəfədə təqdim etsək, daha yaxşı olar və onun xatirəsini məhz bu gün anmaq daha məqsədəuyğun olar. Həmçinin sabah, sentyabrın 24-ü şəhidimizin doğum günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah dövlətimizi, ordumuzu qorusun. Allah Ali Baş Komandanımıza güc, qüvvət, səbir versin ki, bu çətin vəzifənin, bu tarixi missiyanın öhdəsindən xalqımızla birlikdə layiqincə gəldi, torpaqlarımızı qaytardı".
O, filmin adının necə ərsəyə gəlməsindən də danışıb:
"Biz düşündük ki, filmin adı "Vətəndaş" olsun. Bir neçə variant var idi. Niyə "Vətən daşı"? Şəhidimizin atası Kəlbəcərdən gətirilən üç daşı xatirə kimi özündə saxlayırdı. 2015-ci ildən bu günə qədər Yunis müəllim o daşları qoruyub saxlayırdı. Filmin adı da buradan irəli gəldi. Biz itirdiklərimizi özümüz bərpa etdik, özümüz qazandıq və özümüz də bərpa edirik".
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər