Dünya

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? -

23 Sep 2026, 21:46 4 baxış Admin
Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? -

Bu gün Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.
"Bakupost" Axar.az-a istinadla xəbər verir ki, 2019-cu ildən CHP-dən Ankara Böyükşəhər Bələdiyyəsinin sədri olan 71 yaşlı Mansur Yavaş Türkiyənin ən nüfuzlu siyasətçilərindən biri hesab olunur.
1983-cü ildə İstanbul Universitetinin Hüquq fakültəsini bitirib.
Siyasətə gənclik illərində Ülkü Ocakları vasitəsilə başlayıb. Millətçi Çalışma Partiyasının (MÇP), bu partiya bağlandıqdan sonra Millətçi Hərəkat Partiyasının (MHP) üzvü olub. Və ilk dəfə 1989-cu ildə Bəybazarı Bələdiyyəsinin Məclis üzvlüyünə də MHP-dən seçilib.
Millətçi baxışları ilə seçilən siyasətçidir. 2013-cü ildə MHP-dən ayrılıb CHP-yə keçəndən sonra belə Mansur Yavaş millətçi baxışlarını saxlaya bilib.
2014-cü ildə Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəri Melih Gökçekə 1 faiz səslə uduzan Mansur Yavaş 2016-cı ildə CHP-dən istefa verib.
2018-ci ildə yenidən partiyaya qayıdan Yavaş 1 il sonra keçirilən seçkilərdə Millət İttifaqının (CHP + İYİ Partiya) namizədi kimi 50,9 faiz səslə Ankara Böyükşəhər Bələdiyyəsinin sədri seçilib.
2024-cü il seçkilərində 60,4 faiz səslə qalib gələn Yavaş hazırda Ankara Böyükşəhər Bələdiyyəsinin sədridir.
Ankara Bələdiyyə sədri kimi fəaliyyəti dövründə “Şəffaf, sosial, hesabatlı və istehsal edən bələdiyyə” modelini tətbiq edib. Bələdiyyə məclisi iclaslarının və tenderlərin canlı yayımı, şəffaflıq tədbirləri, büdcə kəsirinin azaldılması, israfın qarşısının alınması kimi tədbirləri ilə məşhurlaşıb.
Mansur Yavaş Türkiyədə bir sıra siyasətçilərdən fərqli olaraq, hər zaman populizmdən uzaq biri kimi tanınıb. Bunun nəticəsi olaraq da Ankara Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə seçildikdən sonra gördüyü işlərlə hər kəsin rəğbətini qazana bilib.
Mansur Yavaş Azərbaycana olduqca xoş münasibəti ilə də tanınan siyasətçilərdən hesab olunur. Müsahibələrinin birində Azərbaycanın Qarabağdakı zəfərini “gənclik xəyalı” adlandırmışdı.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər