Azərbaycan millisi yoldaşlıq görüşündə qələbə qazandı
23 Sep 2026, 22:11
7 baxış
Admin
Azərbaycan millisi Tacikistanla yoldaşlıq matçında qələbə qazanıb.
News24.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda keçirilən oyun Ayxan Abbasovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün 58-ci dəqiqəsində Tacikistan millisinin qapıçısı Oleq Baklov avtoqol müəllifi olub.
Xatırladaq ki, Azərbaycan millisi növbəti üç oyununu UEFA Millətlər Liqasında keçirəcək. Komanda sentyabrın 27-də səfərdə Litva, oktyabrın 1-də Bakıda Lixtenşteyn, oktyabrın 4-də Bakıda Litva ilə qarşılaşacaq. (Report)
Mənbə:
news24.az