Milyonlarla avtomobil araşdırıldı: Elektriklilər təəccübləndirdi
23 Sep 2026, 17:09
1 baxış
Admin
İngiltərədə milyonlarla avtomobilin texniki baxış məlumatları üzrə aparılan araşdırma elektrikli avtomobillərin yüksək yürüşdə benzinli avtomobillərdən daha az nasazlıq yaşadığını göstərib.
“Bakupost” xəbər verir ki, ilk 64 min kilometrədək elektrikli və benzinli avtomobillər arasında ciddi fərq olmayıb. Lakin yürüş artdıqca elektrikli avtomobillərdə nasazlıq ehtimalı daha aşağı olub.
Təxminən 193 min kilometr yürüşdə benzinli avtomobillərdə nasazlıq ehtimalı 23,5 faiz, elektrikli avtomobillərdə isə 16 faiz təşkil edib.
Araşdırmaya görə, elektrikli avtomobillərdə əyləc problemləri də daha az müşahidə olunub. Buna səbəb regenerativ əyləcləmədən istifadə edilməsi göstərilir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə:
bakupost.az