İlana süni nəfəs verib həyata qaytardı
24 Sep 2026, 17:07
2 baxış
Admin
Hindistanda kişi kimyəvi çirklənmiş su çəninə düşərək huşunu itirən ilanı süni nəfəs verərək həyata qaytarıb.
News24.az xəbər verir ki, hadisə Vapi şəhərindəki sənaye çirkab sularının təmizlənməsi zavodunda baş verib.
Məlumata görə, tullantı qabına düşən ilan su ilə təmasdan sonra hərəkətsiz vəziyyətə düşüb. Kişi ilanı sudan çıxararaq təxminən iki dəqiqə ərzində ona ürək-ağciyər reanimasiyası edib, süni tənəffüs verib. Bundan sonra ilan həyat əlamətləri göstərərək özünə gəlib.
İlanın zəhərsiz olduğu müəyyənləşib. İlan sağaldıqdan sonra meşəyə buraxılıb.
Mənbə:
news24.az